Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Fahrettin Koca: “Hataydakı zəlzələlərdə 294 nəfər yaralanıb, 18-nin vəziyyəti ağırdır”

“Türkiyənin Hatay vilayətində ötən gün baş verən yeni zəlzələlər nəticəsində 294 nəfər xəsarət alıb”.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviterdə bildirib.

Onun sözlərinə görə, yaralılardan 18 nəfərin vəziyyəti ağırdır: “Hatayda baş verən 6,4 bal gücündə zəlzələdən zərərçəkən və dərhal müalicələrinə başlanan yaralıları səhra xəstəxanalarında ziyarət etdik, vəziyyətlərini müşahidə altında saxlayırıq. İlkin tibbi yardım göstərildikdən sonra yaralılar hava və quru yolu ilə Adana və Dördyol xəstəxanalarına aparılıblar”.

Nazir əlavə edib ki, sonuncu zəlzələlərdən sonra bəzi xəstəxanaların binasında çatlar əmələ gəlib.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …