Şənbə , 18 May 2024
Drone Cameras

Fatih Terim Türkiyə klubunu ala bilər

Türkiyə millisinin və “Qalatasaray”ın sabiq baş məşqçisi Fatih Terim “Bodrumspor” klubunu ala bilər.

Boyukmillet.com xəbər verir ki, 70 yaşlı mütəxəssis artıq I Liqa təmsilçisi ilə danışıqlara başlayıb.

“Trabzonspor”un yeni prezidenti Ertuğrul Doğan Terimi baş məşqçi postuna gətirmək istəsə də, bu gerçəkləşməyib.

Qeyd edək ki, Fatih Terim 1996-2000, 2002-2004, 2011-2013 və 2017-2021-ci illərdə “Qalatasaray”da, 1993-1996, 2005-2009 və 2013-2017-ci illərdə Türkiyə millisində işləyib. “Bodrumspor”un hazırkı rəhbəri Ali Şafak Öztürkdür.

Check Also

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək. Boyukmillet.com xəbər verir ki, mayın 18-23-də baş tutacaq səfər …