Şənbə , 23 Noyabr 2024
Drone Cameras

FHN-in Gəncə Regional Mərkəzində zona birinciliyi keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzi tərəfindən “Heydər Əliyev İli”nə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” X Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.

Boyukmillet.com xəbər verir ki, nazirliyin təşkilatçılığı, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.

Əvvəlcə, tədbir iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra çıxış edən Gəncə Regional Mərkəzinin rəisi polkovnik-leytenant Kənan Aşurov yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb. Yarışın “Heydər Əliyev İli”nə həsr olunmasını qeyd edən K.Aşurov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəqilliyimizin qazanılması və qorunub saxlanılmasında tarixi rolundan danışıb, canından artıq sevdiyi Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edib.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək yarışın məktəblilər arasında sağlam həyat tərzinin təbliğindəki rolundan bəhs edib.

Sonra yarışa start verilib. Yarışda Gəncə Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələri iştirak ediblər.

Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Maneələr zolağı” və “Gənc ekspertlər” adlı üç mərhələdən ibarət olub.

Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Tovuz rayonu A.S.Puşkin adına tam orta məktəbin komandası I yerə, Şəmkir rayonu Q.Alllahverdiyev adına Şiştəpə kənd tam orta məktəbin komandası II yerə, Qazax rayonu S.Vurğun adına 2 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.

Qeyd edək ki, qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.

Check Also

Səmərqənddə məktəbli qızı qaçırıb bir neçə gün zorlayıblar – Şübhəlilərdən biri prokurorluq işçisidir

Özbəkistanın Səmərqənd vilayətində 8-ci sinif şagirdi qaçırılıb, iki həftə girov saxlanılıb və bir neçə nəfər …