Çərşənbə , 11 Mart 2026
Drone Cameras

FHN Mingəçevirdə taktiki-xüsusi təlim keçirib

Fövqəladə Hallar Nazirliyi (FHN) Mingəçevir şəhərində “Fövqəladə hallar zamanı Fövqəladə Hallar Nazirliyinin qurumlarının qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda taktiki-xüsusi təlim keçirib.

Boyukmillet.com xəbər verir ki, təlimə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Dövlət Yanğın Nəzarəti Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliy, Aran Regional Mərkəzinin şəxsi heyəti və xüsusi texnikası cəlb edilib.

Təlimlərin keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı fəaliyyət üzrə əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, komandir-rəis heyəti tərəfindən fövqəladə hal nəticəsində yaranmış əməliyyat şəraitinin qiymətləndirilməsi, təkliflərin hazırlanması, müvafiq qərarların qəbul edilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili sahələrində təcrübələrin daha da artırılması, eyni zamanda, şəxsi heyətin xilasetmə, yanğınsöndürmə və texnogen qəzaların nəticələrinin aradan qaldırılması sahələrində fəaliyyətinin təkmilləşdirilməsindən ibarətdir.

Check Also

Naxçıvan Konstitusiyasından Moskva və Qars müqavilələrinə istinad çıxarılır

Prezident İlham Əliyev martın 10-da Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilən dəyişikliklərin tətbiqi ilə bağlı sərəncam imzalayıb. Dəyişikliklər …