Cümə , 26 Aprel 2024
Drone Cameras

FHN nümayəndəsi: “İnformasiya təhlükəsizliyi sahəsində biz ISO standartlarına arxalanırıq”

“İnformasiya təhlükəsizliyi sahəsində beynəlxalq ISO standartlarına arxalanmaq lazımdır”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Nicat Əliyev Bakıda “Kibertəhlükəsiz iqtisadiyyat: islahatlar, innovativ yanaşmalar və həll yolları” mövzusunda keçirilən konfransda deyib.

“Standartlardan danışarkən hüquqi standartları da unutmaq olmaz. Əgər hansısa ölkədə kibersistem məsələlərinin nəzərə alındığı qanunvericilik varsa, nəticə əldə etmək mümkündür”, – o deyib.

“Hazırda informasiya təhlükəsizliyi sahəsində biz ən çox ISO 27001, 27003 standartlarına arxalanırıq”, – o əlavə edib.

Xatırladaq ki, ISO 27001 Beynəlxalq Elektrotexniki Komissiya tərəfindən Beynəlxalq Standartlaşdırma Təşkilatı ilə birlikdə hazırlanmış beynəlxalq informasiya təhlükəsizliyi standartıdır.

Check Also

“TikTok” ABŞ-də sona qədər hüquqi mübarizə aparacaq

“TikTok” sosial şəbəkəsi ABŞ Konqresinin Nümayəndələr Palatasının qəbul etdiyi və onun bağlanmasını nəzərdə tutan qanun …