Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

FHN torpaq sürüşməsindən qəzalı vəziyyətə düşən evlərin əvəzinə yenisini tikəcək

Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti Astara rayonu, Şümrüd kəndinin ərazisində 18 yeni fərdi yaşayış evinin tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Boyukmillet.com xəbər verir ki, tenderin qalibi “Ricon” MMC-dir.

Qalib şirkətə 1 milyon 648,2 min manat ödəniləcək.

Qeyd edək ki, evlər Şümrüd kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlar üçün tikilir.

Check Also

Azərbaycan ADB-nin yeni nəsil sərhəd buraxılış məntəqələrinin yaradılması layihəsi üzrə ölkələr sırasına daxil edilib

Asiya İnkişaf Bankı (ADB) sərhəd buraxılış məntəqələri üzrə potensial layihələrin icrasına prinsipial olaraq yeni yanaşma …