Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

FHN Xırdalanda partlayışla bağlı məlumat yayıb

Ötən gün Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında partlayış ilkin ehtimala görə, beşmərtəbəli binanın üçüncü blokunun üçüncü mərtəbəsində yerləşən mənzildə qaz sızması nəticəsində baş verib.

Boyukmillet.com xəbər verir ki, bu, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub. Nazirlikdən bildirilib ki, ilkin ehtimala görə, beşmərtəbəli binanın üçüncü blokunun üçüncü mərtəbəsində yerləşən mənzildə qaz sızması nəticəsində baş verib.

Hadisə nəticəsində dörd nəfər müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. FHN-in əməkdaşları tərəfindən bina sakinləri təxliyə edilərək hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Check Also

Həbsdə olan jurnalistin evini su basıb

Bakıya yağan yağışlar nəticəsində “Meydan TV işi” üzrə hazırda həbsdə olan jurnalist Fatimə Mövlamlının Binəqədi …