Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Fikrət Cəfərli – həbs olundu

İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri Fikrət Cəfərliyə qarşı xüsusi ittiham qaydasında qaldırılan iddia üzrə məhkəmə prosesi keçirilib.

Boyukmillet.com  xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, Fikrət Cəfərli 4 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü, vəkil Elvin Əliyev Fikrət Cəfərlini xüsusi ittiham qaydasında məhkəməyə verib.
E.Əliyev F.Cəfərlinin ona sosial şəbəkədə böhtan atdığını, işgüzar nüfuzuna zərər vurduğunu iddia edərək onun Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi üzrə cinayət məsuliyyətə cəlb olunmasını istəyib.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …