Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili
Boyukmillet.com xəbər verir ki, “ (Bakı şəhəri Pirallahi rayonu və Sumqayıt, Qusar, Biləsuvar şəhər və rayonları üzrə)” layihəsi “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda İctimai Birliyi (ƏQC.İB) tərəfindən icra edilir.
“Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili layihəsinin dəstəyi ilə hər bir şəhər və rayonda xüsusi qayğıya ehtiyacı olan 100 nəfər uşağa sosial reabilitasiya xidmətlərinin göstərilməsi davam etdirilir.
Fəaliyyətlərin əsas istiqamətləri olan sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkilində alternativ qayğı xidmətlərinin göstərilməsi əlilliyi olan uşaqlarla davranış qaydaları, valideyinlərin uşaqlarla ünsiyyət qurmaları, davranışlarında müəyəyən problemləri olan uşaqlarla birbaşa ünsiyyətin qurulması kimi xidmətlər göstərilir.
Həyata keçirilən fəaliyyətlərin əsas istiqamətləri əsasən Sosial iş; Gündəlik həyat (funksional) vərdişləri (abilitasiya);
Sosial-psixoloji dəstək;
Sosiallaşma və ünsiyyət;
Koqnitiv bacarıqlar və təhsil;
Nitq problemləri; Hərəkət problemləri (fiziki inkişaf).
Görülən işlərin nəticəsi olaraq layihə əməkdaşlarının üzərində işlədikləri uşaqlarda inkişafın nəticələri müşahidə edilir. Nəticə olaraq ümumilikdə cəlb olunan uşaqlarda inkişaf daha çox görünür. Ünsüyt, davranış, hərəkətlərdə sakitlik, qavrama, zehni inkişaf kimi nəticələr hər bir cəlb olinan uşaqlarda müşahidə olunur. Sosial Reabilitasiya Mərkəzində aldıqları dəstək uşaqların inkişafında fərqlənmləri aydın müşahidə olunur. Layihənin fəaliyyət istiqaməti ailələrin maraqlarına və onların proqramda fikirlərinə üstünlük verilir.
“Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda”İctimai Birliyinin (ƏBƏU,İB)