Cümə , 22 Noyabr 2024
Drone Cameras

Fizuli Məmmədov: “Azərbaycan dövləti şəraitdən asılı olmayaraq hər bir hərbiçisinin arxasındadır”

Azərbaycan dövləti şəraitdən aslı olmayaraq hər bir hərbiçisinin arxasındadır. Ordu dövlətin keşikçisi olduğu kimi, dövlət də hərbiçisinin qayğısındadır. Ramil Səfərovun Azərbaycana qaytarılması və azadlığa buraxılması da, məhz, Azərbaycan hakimiyyətinin əzimli səyi nəticəsində baş tutub”.
boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan mətbuatında yayılan “Fizuli Məmmədov Ramil Səfərovun atasını necə aldadıb?” adlı feyk yazını şərh edən Dünya Azərbaycanlıları İttifaqının sədri Füzuli Məmmədov deyib.

Fizuli Məmmədov qeyd edib ki, bu xəbər Azərbaycan dövlətinə qarşı bir təxribatdır:

“Necə ola bilər ki, Azərbaycan dövlətinin hərbiçisi hər hansı bir iş adamının köməkliyinə ehtiyac duysun?! Dövlətimiz hərbiçisini qoruması üçün hər cür imkanlara sahibdir. Bu cür xəbərlər yaymaqla Adil İsmayılov kimiləri isə dövlətimizi aciz kimi xalqa təqdim edir” deyən DAİ sədri Adil İsmayılovu tanımadığını və onunla heç vaxt görüşmədiyini bildirib.

“Mən o insanı tanımıram, heç bir vaxt da görüşməmişəm. Yalan xəbər yaymaqda məqsədinin də nə olduğunu deyə bilmərəm. Sadəçə mən bunu dövlətimizə qarşı bir təxribat kimi qiymətləndirirəm. Dövlətin əməyini mənimsəməyə çalışan Adil İsmayılov bu cür təssəvvür yaratmağa çalışır ki, Ramil Səfərovun Azərbaycana ekstradisiya olunması Azərbaycan dövləti yox, məhz, onun əməyidir. Bu isə yenə də təkrar edirəm, dövlətin xalq qarşısında açiz şəkildə nümayişidir.”

Azərbaycan mətbuatında çıxan yazılar barədə də fikirini bildirən Fizuli Məmmədov qeyd edib: “Jurnalistika gərək ki, obyektiv olsun. Əgər mənim barəmdə yazı dərc olunursa, mənim də mövqeyim əks olunmalıdır. Bu xəbəri yerləşdirən mətbuat orqanları isə, heç olmasa xəbərin doğru və yalan olduğunu aydınlaşdırmalı idi. Mən mətbuata açıq adamam. Təssüf ki, bununla bağlı mənə heç kim müraciət etməyib.”

Check Also

Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına xəbərdarlıq edilib

Qərar “ATACAMS” raketlərinə icazədən sonra verilib Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına təhlükə …