Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Fizuli Məmmədovdan daha bir xeyirxah addım

Rusiya Azərbaycanlıları İttifaqı (RAİ) və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun rəhbəri, iş adamı Fizuli Məmmədov daha bir xeyirxah addım atıb.

boyukmillet.com-a Rusiya Azərbaycanlıları İttifaqından daxil olan məlumata görə, Qarabağ müharibəsi iştirakçıları, müharibə əlilləri və şəhid ailələrinə davamlı olaraq dəstək göstərən Fizuli Məmmədov daha bir Qarabağ müharibəsi iştirakçısının əməliyyatı və müalicəsini öz üzərinə götürüb.

Qeyd edək ki, Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) veteran döyüşçüsü Rövşən Cəfərovun səhhətində yaranan problem, onun əməliyyata ehtiyacı olması barədə RAİ rəhbərinə müraciət edilib. Müraciətlə tanış olan RAİ rəhbəri Fizuli Məmmədov Rövşən Cəfərovun əməliyyat olunması üçün yardım göstərəcəyini bildirib.

Məlumat üçün qeyd edək, RAİ rəhbəri Fizuli Məmmədovm indiyə qədər onlarla Qarabağ müharibəsi iştirakçılarına mənzil hədiyyə edib, bir neçə müharibə iştirakçısının əməliyyat olunması, müalicəsinə maddi yardım göstərib.

Check Also

Vardanyanı biz həbs etməsəydik, İrəvanda Paşinyan həbs edəcəkdi” – Politoloq

Ermənistan parlamentinin sədri Alen Simonyan deyib ki, İrəvan Bakıda məhbus həyatı yaşayan sonuncu erməni evinə …