Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Floridada təyyarə Trampın iqamətgahına yaxınlaşdıqdan sonra qırıcı təyyarə havaya qalxıb

ABŞ-nin Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə 29 noyabrda mülki təyyarənin Prezident Donald Trampın Florida ştatının Palm Biç şəhərindəki iqamətgahı üzərindəki məhdud hava məkanına daxil olmasından sonra havaya qalxıb.

Boyukmillet.com-un məlumatına görə, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı xəbər verib.

“F-16 qırıcısı şənbə günü günortadan sonra Florida ştatının Palm Biç şəhərindəki iqamətgahı üzərində müvəqqəti məhdudlaşdırılmış hava məkanını pozan mülki təyyarəni ələ keçirib. Təyyarə ərazidən təhlükəsiz şəkildə çıxarılıb”, – açıqlamada deyilir.

Hadisə ABŞ-nin şərq sahili vaxtı ilə saat 16:20 radələrində (30 noyabrda Bakı vaxtı ilə saat 01:20) baş verib. Komandanlıq həftənin əvvəlində bir neçə oxşar pozuntunun baş verdiyini qeyd edib.

Check Also

Ərdoğandan İRAN xəbərdarlığı: “Bütün region uduzacaq

Prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, İrana qarşı yönəlmiş hər hansı yeni hərbi kampaniya …