Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

“Formula 1” üzrə Azərbaycan Qran-prisinin təxirə salınması ilə bağlı müzakirələr aparılır

Gənclər və İdman Nazirliyi koronavirusla bağlı vaxtında qabaqlayıcı tədbirlər görülməsi məqsədi ilə tabeliyində olan Olimpiya İdman Komplekslərinin və digər idman müəssisə və qurğularının fəaliyyətini müvəqqəti dayandırıb.

Bu barədən qurumun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bununla yanaşı, Bakıda keçirilməsi nəzərdə tutulan cüdo idman növü üzrə Böyük Dəbilqə turniri, karate idman növü üzrə böyüklər arasında Avropa Çempionatı və “Formula 1” Azərbaycan Qran-prisinin təxirə salınması ilə bağlı müzakirələr aparılır.

Qeyd edək ki, respublika çempionatları və ölkə birinciliklərinin keçirilməsi də təxirə salınıb.

Check Also

Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız gələ biləcəklər

Vətəndaşların səyahət imkanlarının asanlaşdırılması və ölkələr arasında əlaqələrin gücləndirilməsi məqsədilə Səudiyyə Ərəbistanı Krallığının, Oman Sultanlığının, …