Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Fövqəladə hallar naziri Ağdaşda vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 30 avqust 2024-cü il tarixində Ağdaş şəhərində, Ağdaş rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10:00-dan Ağdaş və Göyçay rayonları sakinlərini qəbul edəcək.

Boyukmillet.com xəbər verir ki, qəbula gələn vətəndaşların qeydiyyatı 29 avqust 2024-cü il tarixində Ağdaş rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09:00-da başlayacaqdır.

“Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər”, – məlumatda qeyd olunub.

Check Also

Parlament 12 məsələnin müzakirəsi üçün toplaşacaq

Milli Məclisin payız sessiyasının növbəti plenar iclasında – oktyabrın 27-də 12 məsələ müzakirə ediləcək. Boyukmillet.com xəbər verir …