Bazar , 7 Dekabr 2025
Drone Cameras

Fransa senatının qəbul etdiyi qətnamə ləğv edilməlidir – İSBAM sədri

Fransa senatının qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması ilə bağlı qəbul etdiyi qətnamə təcili ləğv edilməlidir.

Boyukmillet.com xəbər verir ki, bunu Trend-ə açıqlamasında bu gün Fransanın Azərbaycandakı Səfirliyi qarşısında keçirilən aksiya iştirakçısı, Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli deyib.

O bildirib ki, bu qətnamə Azərbaycan dövlətinə qarşı hörmətsizlikdir: “Biz Fransa dövlətinə qarşı Azərbaycan ictimaiyyətinin nifrətini bildiririk. Fransa Senatının bu qərarı Azərbaycan dövlətinə, dövlətçiliyinə, beynəlxalq hüquqa qarşı çirkin bir addımdır. Əgər senat bu qərarı ləğv etməsə, Fransa ilə Azərbaycanın bütün əlaqələri kəsilməlidir. Fransa bununla tarixində çox biabırçı bir qərara imza atıb. Demək olar ki, Fransa Avropa dəyərlərini, insan haqlarını, demokratik dəyərləri tapdaladı. Bu gün belə bir haqsız qərar qəbul edən senat tarixinə baxsın, törətdiyi cinayətlərə baxsın. Görsünlər ki, Fransa dövləti nə qədər qətllərə səbəb olub. Biz Azərbaycan ictimaiyyəti adından bu qərarı kəskin pisləyirik. Hesab edirik ki, bu qətnamənin Azərbaycan tərəfdən Fransaya cavabı çox ağır olacaq”.

Check Also

DTX ƏMƏLİYYAT KEÇİRDİ: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

AXCP sədri Əli Kərimlinin həbsinin ardından partiyanın Nəzarət Təftiş Komissiyasının üzvü Təzəxən Mirələmli də saxlanılıb.Boyukmillet.com xəbər …