Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Fransa və Ermənistan XİN başçıları Azərbaycanla normallaşma prosesini müzakirə ediblər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fransalı həmkarı Ketrin Kolonna ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Mirzoyan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin gedişatı, sərhədlərin delimitasiyası, eləcə də regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı aparılan işlər barədə məlumat verib.

Nazirlər oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüşün yekununda qəbul edilmiş bəyanatın əhəmiyyətini vurğulayıblar.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …