Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Fransada daşqın nəticəsində 100 min hektardan çox ərazi su altında qalıb

Fransada daşqınlar artıq 33 gündür davam edir, ölkənin cənub-qərbində ümumi sahəsi təxminən 110 min hektar olan ərazi su altında qalıb.

Boyukmillet.com bu barədə “France Info” telekanalına istinadən xəbər verir.

Məlumata görə, ən çox zərər görən bölgələr Qaronna, Luara və Şaranta çaylarının vadilərində yerləşən şəhərlərdir. İqlim təhlükəsinin ən yüksək – qırmızı səviyyəsi Men‑i‑Luara, eləcə də Jironda və Lo‑i‑Qaronna departamentlərində elan olunub. Daha 14 departamentdə isə sonuncudan əvvəlki – narıncı təhlükə səviyyəsi qüvvədədir.

Hakimiyyət orqanları su altında qalan rayonlardan əhalinin təxliyəsini davam etdirir, 1,6 mindən çox insan evlərini tərk etməyə məcbur olub.

“BFMTV” isə bildirib ki, təbii fəlakətin ilkin zərəri 3 milyard avroya çata bilər.

Check Also

İran parlamentindən KƏSKİN BƏYANAT: “Hörmüz heç vaxt açılmayacaq”

İran parlamentinin sədr müavini Əli Nikzad ölkəsinin xarici siyasəti və bölgədəki hərbi gərginliklə bağlı olduqca …