Cümə , 31 Yanvar 2025
Drone Cameras

Fransada qorxulu anlar — Prezidenti qətlə yetirmək istədilər

Fransa prezidenti Emmanuel Makrona qarşı sui-qəsd planlaşdırılıb.

Boyukmillet.com xəbər verir ki, hücumu planlaşdıran şəxs həbs edilib. Fransa hökuməti Makronu öldürməyi planlaşdıran milliyətçi şəxsi terrorda ittiham edib.

Məlumata əsasən gəncin 23 yaşı var və o, ifrat sağ görüşlü ideologiya mənsubudur. Oyun səhifələrinin birində o, hücum üçün “Kalaşnikof” markalı avtomat almaq istədiyini bildirib. Qətl 14 iyul tarixində, milli bayram vaxtı Yelisey çölündə baş tutmalı idi.

Məlumata əsasən, 23 yaşlı işsiz Paris ətrafında Arjantyöy kommunasında yaşayır. Şənbə günü o, polisləri mətbəx bıçağı ilə hədələyirmiş. 2016-cı ildə isə o, terrora haqq qazandırdığı üçün mühakimə edilib.

Check Also

İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır -RƏY

Paşinyan hökuməti dəfələrlə açıq şəkildə bəyan edib ki, Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmirlər Ermənistan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir