Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Fransada solçu deputatlar Konstitusiya Şurasından miqrasiya haqqında qanunun ləğvini tələb edirlər

Fransa Milli Assambleyasının (parlamentin Aşağı Palatası) bir qrup deputatı respublikanın Konstitusiya Şurasına – ölkə Konstitusiyasının yeni qanunlarının müvafiqliyini müəyyən edən instansiyaya müraciət edərək, miqrasiya haqqında yeni qanunun ləğvini tələb edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “France Bleu” radiostansiyası məlumat yayıb. Parlamentarilərin sözlərinə görə, “sənəddə Konstitusiyaya zidd olan rekord sayda maddə mövcuddur”. Onlar Konstitusiya Şurasından qanunun tam ləğvini tələb edirlər. Deputatların fikrincə, bu maddələr “bərabərlik prinsipini pozur”.

Söhbət dörd solçu parlament qrupundan – “Fransaya tabe olmayanlar”, “Sosialist partiyası”, “yaşıllar” və kommunistlərdən gedir.

Check Also

İrana zərbə planlarının Trampla müzakirə olunacağı tarix açıqlandı

Ağ Ev administrasiyası İrana qarşı hədəfli hücumlar və orada kiberhücumlar etməyi nəzərdən keçirir. Boyukmillet.com xəbər verir …