Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Fransadan ilginc iddia: “Bu məhlul koronaviruslu xəstələrin hamısını sağaldıb”

Fransada aparılan tibbi araşdırmaya görə, hidroksiklorokin ilə azitromisin qarışığı koronaviruslu xəstələrin hamısını 6 günlük müalicədə sağaldıb. Bu barədə iddianı Fransa mətbuatı yayıb. 

Məlumatda bildirilir ki, Fransa hökuməti tərəfindən təşəbbüs göstərilən təqdiqatda qızdırma üçün nəzərdə tutulan hidroksiklorokin ilə azitromisin qarışığı koronavirusa yoluxan xəstələrin müalicəsində çox təsirli olub və ümidverici nəticələr verib. 

Filip Gautretanın rəhbərliyi ilə aparılan təcrübədən məlum olub ki, adı çəkilən qarışıq ilə müalicə alan xəstələrin sonda koronavirus testlərinin nəticələri neqativ çıxıb və xəstələr 6 gündə tamamilə sağalıblar. 

Tədqiqatı aparan qurum bildirib: “Bakterial infeksiyaları önləmək məqsədi ilə hidroksiklorokin ilə azitromisin qarışığı ilə müalicə alan xəstələtin 6-sı ilk gün 500 mq, sonrakı 4 gündə isə 250 mq olmaqla azitromisin qəbul edib”.

Məlumatda o da qeyd edilir ki, təcrübəni aparan qurum mart ayının əvvəllərində 20 xəstəni gün ərzində 600 mq hidroksiklorokinlə müalicə edib. Daha sonra xəstələrə keçirdiyi simptomlara görə dəri, qulaq, göz və cinsi yolla yoluxan infeksiyalara qarşı istifadə edilən azitromisin verilib. Digər 16 xəstəyə isə həmin dərmandan verilməyib. 6 gün sonra hidroksiklorokin ilə azitromisin qarışığı qəbul edən xəstələrdə koronavirus yoluxması 5 faizdən az olubş

Xatırladaq ki, son məlumata görə Fransada son 24 saat ərzində koronavirusdan dünyasını dəyişənlərin sayı 186 nəfərə çatıb. Beləliklə ölkədə bu virusdan ölənlərin ümumi sayı 860 nəfərdir. 

Fransanın səhiyyə naziri Olivye Veran keçirdiyi mətbuat konfransında bildirib ki, bu günə qədər ölkədə koronavirusa yoluxanların sayı 19856 nəfər, ölənlər 860 nəfərdir. Ümumilikdə isə 8675 nəfər xəstəxanaya yerləşdirilib ki, onların da 2082 nəfəri reanimasiyadadır. 

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …