Cümə axşamı , 11 Dekabr 2025
Drone Cameras

Fransanın qaz ehtiyatları 20%-dən aşağı düşüb

Fransanın yeraltı anbarlarında qaz ehtiyatlarının səviyyəsi bir gün əvvəl 20%-dən aşağı düşüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Avropanın Qaz İnfrastrukturu məlumat yayıb.

Martın 7-də Fransanın yeraltı anbarlarından qazın götürülməsi təxminən 82 milyon kubmetr təşkil edib. Beləliklə, Fransanın qaz anbarlarının doldurulması 19,66% təşkil edir.

Yeraltı qaz anbarların ən aşağı doluluq nisbətləri Avstriya (15,08%), Xorvatiya (16,38%) və Belçikada (17,33%) müşahidə olunur. Almaniyada anbarlar 25,61%, İtaliyada 35,6%, Niderlandda 19,82%, Bolqarıstanda 19,76%, Macarıstanda 21,5%, Polşada 60,39% doludur.

Check Also

Türkiyə Rusiyadan boru qazı idxalını artırıb, maye qaz alışını isə dayandırıb

Rusiya 2025-ci ilin yanvar-sentyabr ayları ərzində Türkiyəyə boru kəməri qazı ixracını ötən ilin eyni dövrü …