Bazar , 29 Sentyabr 2024
Drone Cameras

“Frayburq”un baş məşqçisi: “Azərbaycan təmsilçisi ilə qarşılaşmaq maraqlı olardı”

“Azərbaycan təmsilçisi ilə qarşılaşmaq maraqlı olardı. Bu ölkədə olmamışam”.

Boyukmillet.com xəbər verir ki, bunu Almaniyanın “Frayburq” komandasının baş məşqçisi Kristian Ştrayx UEFA Avropa Liqasının püşkatması barədə danışarkən deyib.

57 yaşlı mütəxəssis rəqibin heç bir əhəmiyyətinin olmadığını bildirib: “Püşkatma mərasiminə birlikdə baxacağıq. Ümid edirik ki, rəqiblərimiz tez müəyyənləşər. Səfərləri səbirsizliklə gözləyirəm. Bilmədiyimiz yeni stadionlara gedə bilərik”.

Qeyd edək ki, UEFA Avropa Liqasının püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. “Qarabağ” püşkatmaya II, “Frayburq” isə III səbətdən qoşulacaq.

Check Also

Azərbaycanlı azarkeşlər “Tottenhem” – “Qarabağ” oyununa 500-dən çox bilet alıblar

İngiltərədə yerli “Tottenhem” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun …