Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

FTB İran və Rusiyanı ABŞ-ın demokratik təsisatlarına zərbə vurmaqda ittiham edib

“Çin, Rusiya, İran və Şimali Koreya kimi ölkələr daha aqressiv şəkildə böyüyürlər. Onlar bizim əsas demokratik institutlarımız, milli təhlükəsizliyimiz və qanunun aliliyinə zərbə vurmaq üçün imkan tapırlar”.

Boyukmillet.com xəbər verir ki, bunu ABŞ-ın Federal Təhqiqat Bürosunun (FTB) direktoru Kristofer Rey Nümayəndələr Palatasında keçirilən dinləmələrdə deyib.

Eyni zamanda, FTB rəhbərinin fikrincə, ABŞ-ın iqtisadi və milli təhlükəsizliyi, eləcə də yenilikləri və ideyaları üçün ən böyük təhlükə Çindir. K.Rey FTB-nin “TikTok” sosial şəbəkəsindən istifadə, o cümlədən amerikalıların şəxsi məlumatlarının toplanması və oğurlanması da daxil olmaqla Çinin kibertəhlükəsizlik təhdidləri ilə bağlı yüksək narahatlığını qeyd edib.

Check Also

SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib

Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib. Boyukmillet.com “Tasnim” agentliyinə istinadən xəbər …