Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

FUAD MURADOVUN UĞURLU FƏALIYYƏTI KIMLƏRI QICIQLANDIRIR?

Mətbuatda işlədiyim 21 il ərzində cəmi bir neçə dəfə Diasporla İş Üzrə Dövlət Komitəsinin işindən məqalələr yazmışdım. Bu təxminən 2015-ci ilə təsadüf edirdi. Elə ki, Diaspor.info saytı yaratdım, elə həmin gündən bu sahənin işi ilə dərindən tanış oldum.
Həmin dövrdə mənim DİDK-ni tənqid etməyimə səbəb Maldovalı Ombudsman Aureli Qriqoridən aldığım müsahibə olmuşdur. Bu qaldı keçmişdə. Bu gün Diaspor sahəsinin tam özəyinədək gedərək problemlər və onların həll yollarını araşdıran jurnalist kimi deyə bilərəm ki, Fuad Muradovun bu sahəyə təyinatı çox müdrik və vaxtında atılan addım idi. Bu sahədə bir neçə illər də nəzarət mexanizmi dəyişməsəydi orduxanların sayı minlərlə olacaqdı.


FUAD MURADOVUN UĞURLU FƏALIYYƏTI KIMLƏRI QICIQLANDIRIR?

Fuad Muradov rəhbərliyə başladığı gündən ən ağır problemimiz olan diaspor təşkilatlarının birliyindən başladı. Belə ki, F. Muradov Azərbaycandan kənarda yaşayan və diaspor fəaliyyəti ilə məşğul olan bütün təşkilatları bir təşkilat adı altında birləşdirdi. Əvvəlcə ən böyük problem olan Ukraynadan başladı və çox uğurla da yekunlaşdı. Buna nail olmaq elə də, asan deyildi. Lakin bununla bərabər bu məsələ Fuad Muradov üçün elə də çətin olmadı. Çünki Fuad müəllim Ümummilli liderimizin siyasət məktəbini keçmiş, mən deyərdim ki, bu məktəbdə böyümüşdür. Bundan əlavə, bu gün, Fuad Muradov Prezident İlham Əliyevin ən sədaqətli kadrlarındandır. Mətbuatda ona qarşı aparılan “Qara Piyar da” məhz ona görədir. Bəli, Fuad Muradov özündən əvvəlkilər kimi pul verərək əlinin altında mətbuat şəbəkəsi yaratmayıb. Fuad müəllim bir vərəq kağıza yazılmış siyahıya baxaraq on minlərlə dollar ayırmayıb. Və gün kimi aydındır ki, əli puldan çıxan bəzi diaspor fəalları və media nümayəndələri Fuad müəllimə qarşı dürüst fikirdə deyildirlər.
Fuad Muradov haqqında yazılan bir çox tənqidi yazıları oxudum, sanki hər sətirində bildirilir ki, Fuad müəllim bizə niyə fikir vermirsən?
Ukrayna diaspor təşkilatlarının fəaliyyəti ilə bağlı yazılanlar isə tam yalandır. Həmin diaspor təşkilatların fəaliyyətini özüm də dəfələrlə tənqid etmişəm. Sadəcə olaraq Fuad Muradova aid olmayan söz-söhbəti də onun ayağına yazıblar. Dünyanın ən güclü diaspor təşkilatlarından biri sayılan Ukrayna diasporasında vəziyyət son həddə idi. Fuad müəllim Ukraynada, Nazim İbrahimovdan fərqli olaraq təşkilatların kəmiyyətini deyil, keyfiyyətini artırmağa başladı. Bu ölkədə Diaspor rəhbərlərinin qarşıdurması dünya mətbuatında gündəmdən düşmürdü. Dəfələrlə təşkilat rəhbərlərinin biri-birinin ölümünə sifariş etmələri haqqında məqalələr yazılmışdır. Bu ölkədə Azərbaycan dövlətinin fövqəladə və səlahiyyətli səfirləri belə diaspor rəhbərlərini barışdıra bilməmişdir. Lakin Fuad Muradov cəmi bir neçə aya məsələni tamamilə həll edə bildi. Bundan əlavə Avropa Latviya, Litva, Estoniya vəs. ölkələrdə də Ukrayna modeli tətbiq olundu.
Bax budur Heydər Əliyev məktəbi. Görünür Fuad müəllimin qısa müddətdə uğur qazanması çoxlarını narahat edir.
Dünyada yaşayan və diaspor fəaliyyəti ilə məşğul olan elə insanlar vardır ki, adlarını belə güclə yazırlar. Dəfələrlə müsahibə aldığım zaman Novruz bayramı, 20 yanvar faciəsi və Xocalı soyqırımı sözlərini deyən diaspor rəhbəri bildirib ki, bu bayramlarda çox aktivlik göstərirlər. Faciə ilə bayramı ayırd edə bilməyən diaspor rəhbərləri vəyaxud da fəallarını Fuad müəllim bir gecədə alim vəyaxud da, Patriot edə bilməz. Bəs bu insanlar Fuad müəllimin sələfindən necə dəstək alıblar? Bax burası çox maraqlıdır. Təkcə say çoxluğu olsun deyə yaradılan bu təşkilatların çoxu Azərbaycan dövlətinin siyasətinə zidd addımlar atırlar. Fuad müəllimin sehirli çubuğu olsaydı bütün bunları bir gecədə yox edərdi.
Fuad Muradov savadlı, patriot Azərbaycanlılara üstünlük verdiyi üçün, sağlam diaspor təşkilatları, artıq özləri koordinasiya təşkilatı yaradaraq birləşməyə hazırdırlar.

Fuad Muradovun sadəliyi, xaricdə yaşayan Azərbaycanlılara qarşı həssas olması, onların istəyi ilə şəkil çəkdirməsi də qısqanclığa səbəb olur. Hər hansı bir restoranda nahar edirsə dərhal yazırlar ki, Fuad Muradovun xaricdəki biznesi, restoranlarının və s. sayı bilinmir. 
Ağalar, məntiqlə baxanda bu insan rəhbər olduğu gündən bu günə qısa müddətdə nə qədər pul silə bilər ki, xaricdə də biznesinin sayı olmasın?
Əgər bu vardırsa deməli sədr olmazdan əvvəl olub, onun bu işə nə dəxli var?
Bilirəm bir çoxları düşünəcək ki, görünür Fuad müəllimin dostları onun müdafiəsinə qalxıb. Uzun illərin jurnalisti kimi deyirəm, mən bütün dövlətini sevən, xalqına məhəbbəti ilə seçilən, dövlətçiliyə sədaqətli olan məmurların yanındayam. Təmənnasız olaraq, onların gördüyü işlər haqqında yazılar yazıram və bununla paralel yarıtmaz fəaliyyəti ilə xalqda qıcıq yaradan məmurlar haqqında tənqidi yazılar da yazıram. Bu heç də o demək deyildir ki, kimin fəaliyyətini tənqid ediriksə düşməniyik vəyaxud da, tərif ediriksə deməli onun dostuyuq. Əsla belə deyildir. Nöqsanlar bütün qurumlarda var, onu görmək yazmaq biz jurnalistlərin də, borcudur. Elə yeri gəlsə öz sahəmizdən də yazmalıyıq. Bir xəbəri araşdırmadan, məmurun villalarının siyahısı və s. yazmaq o demək deyildir ki, maraqlı yazırsan.

FUAD MURADOVUN UĞURLU FƏALIYYƏTI KIMLƏRI QICIQLANDIRIR?

ƏLMANİZ ƏLƏKBƏRLİ

AZƏRBAYCAN JURNALİSTLƏR VƏ 
YAZIÇILAR BİRLİYİNİN ÜZVÜ.

Check Also

NAXÇIVAN DÖVLƏT BÜDCƏSİNİN TALANMASININ YOLLARINDAN BİRİ…

Mövcud qaydalara görə Azərbaycan Dövlət Tibb Universitetinin,Naxçıvan Dövlət Universiteti Tibb fakultəsinin məzunları həkim mütəxəssis kimi …