Bazar , 15 Noyabr 2026
Drone Cameras

Füzulidə beynəlxalq minatəmizləmə şirkətinin əməkdaşını ilan sancıb

İyunun 22-də Minatəmizləmə Agentliyi ilə (ANAMA) əməkdaşlıq edən RPS Energy Ltd. şirkətinin nümayəndəsini Füzuli rayonunda xidməti vəzifəsini yerinə yetirərkən ilan sancıb.

Bu barədə ANAMA-nın Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, nəticədə nümayəndəyə ANAMA-nın tibbi yardım heyəti tərəfindən ilkin yardımla yanaşı, ilan sancması zamanı zəruri olan bütün müvafiq səylər göstərilib: “Həkimlərin peşakarlığı sayəsində zərərçəkmişin vəziyyəti operativ şəkildə təhlil olunub və ilk yardım dəstində mövcud olan ilan əleyhinə zərdab vurulub. Zəruri müayinələrdən keçirilməsi üçün nümayəndə xəstəxanaya göndərilib. Vəziyyəti qənaətbəxşdir”.

Qeyd edək ki, RPS Energy Ltd. şirkəti Böyük Britaniyaya məxsusdur.

Check Also

Sabiq nazir oğurladığı pulları meşədə gizlədibmiş

Macarıstanda müstəntiqlər keçmiş milli inkişaf naziri Mikloş Seştakla bağlı cinayət işi çərçivəsində Budapeştdə və ölkənin …