Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Füzulidə mina partlayışında xəsarət alan şəxsin vəziyyəti qənatbəxşdir

Füzulidə baş verən mina partlayışı zamanı xəsarət alan 1973-cü il təvəllüdlü Quliyev Bahadur Məhi oğlu xəstəxanaya çatdırılıb, vəziyyəti qənaətbəxşdir.

Bu barədə  Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, onun həyati təhlükəsi yoxdur.

Qeyd edək ki, 2022-ci 30 sentyabr tarixində Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə tank-əleyhinə minanın partlayışı baş verib.

Təhlükəli əraziyə qeyri-qanuni yolla daxil olma nəticəsində 1986-cı il təvəllüdlü Əsədov Amid Fətullah oğlu və 2007-ci il təvəllüdlü Quluzadə Çərkəz Bahadur oğlu həlak olub.

“ANAMA bir daha xəbərdarlıq edir ki, işğaldan azad edilmiş ərazilərdə müharibənin partlayıcı qalıqları təhlükəsi qalmaqdadır. İşğaldan azad edilmiş ərazilərə səfər edən, eləcə də bu ərazilərdə fəaliyyət göstərən vətəndaşlara diqqətli olmağı, bələd olmadıqları təhlükəli ərazilərə icazəsiz yollarla daxil olmamağı tövsiyə edir”, – ANAMA-dan qeyd olunub.

Check Also

Səmərqənddə məktəbli qızı qaçırıb bir neçə gün zorlayıblar – Şübhəlilərdən biri prokurorluq işçisidir

Özbəkistanın Səmərqənd vilayətində 8-ci sinif şagirdi qaçırılıb, iki həftə girov saxlanılıb və bir neçə nəfər …