Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Füzulidə yabanı halda bitmiş çətənə kolları məhv edilib

Füzulidə yabanı halda bitmiş 328 ədəd çətənə kolu məhv edilib.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin və Beyləqan rayonlararası Mühafizə Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Tədbir zamanı Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində yabanı halda bitmiş 328 ədəd çətənə kolu yandırılaraq məhv olunub.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …