Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Füzulinin Aşağı Seyidəhmədli kəndi minalarla daha çox çirklənmiş ərazi kateqoriyasına daxil edilib

“Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi minalarla daha çox çirklənmiş ərazi kateqoriyasına daxil edilib”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Əməliyyat İdarəsinin rəisi İdris İsmayılov “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda keçirilən ilk beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Agentlik tərəfindən həmin ərazidə bir aydan çox minatəmizləmə fəaliyyəti həyata keçirilib: “Təxminən 1,4 hektar ərazidən 121 ədəd mina aşkarlanaraq zərərsizləşdirilib. Onlardan 85 ədədi tank əleyhinə mina, 36-sı isə piyada əleyhinə minadır. Agentlik tərəfindən bundan sonra da aparılacaq qazıntı işlərinin təhlükəsizliyinin təmin olunması üçün aidiyyəti ərazilərin minalardan təmizlənməsi işləri davam etdiriləcək”.

Check Also

Azərbaycanın hərbi arsenalına və mülki infrastrukturuna vurulmuş maddi ziyanın məbləği elan edilib

Birinci Qarabağ müharibəsi və sonrakı dövrlərdə, habelə İkinci Qarabağ müharibəsi dövründə mülki infrastruktura ümumilikdə 5,2 …