Bazar , 7 Dekabr 2025
Drone Cameras

Gəncədə sexdə yanğın olub, 3 nəqliyyat vasitəsi yanıb

Gəncə şəhərində boya sexində yanğın olub.

Boyukmillet.com xəbər verir ki, Gəncə şəhər ərazisində yerləşən boya sexlərin birində anidən yanğın baş verib.

Hadisə zamanı sexin içərisində olan 1 yük maşını və 2 minik avtomobili, həmçinin sexdə olan avadanlıqlar, əşyalar yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyin Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin 5 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

İlkin məlumatla görə, sexin 500 kvadratmetr sahəsi yanıb.

Qeyd edək ki, hadisə ilə əlaqədər ərazidə və ətraf küçələrin elektrik enerjisinin verilməsi dayandırılıb.

Faktla bağlı araşdırma aparılır.

Check Also

BMT ukraynalı uşaqlarla bağlı qətnamə qəbul etdi: Azərbaycan səsvermədə iştirak etmədi

Dekabrın 3-də Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyadan zorla köçürülmüş və ya deportasiya edilmiş bütün ukraynalı …