Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Gəncədə sursat partlayıb, ölən var

Gəncə şəhər Məhsəti qəsəbəsində ölümlə nəticələnən bədbəxt hadisə qeydə alınıb.

“Report”un Qərb bürosunun məlumatına görə, Daşkəsən rayonu sakini, 1974-cü il təvəllüdlü Asif Tağıyev sursatın partlaması nəticəsində aldığı xəsarətdən həyatını itirib.

Qeyd edək ki, mərhum həmin sursatı taparaq yaşadığı ünvana gətirib və ehtiyatsızlıqdan partlayış olub.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Bakı, Gəncə və Sumqayıtda BÖYÜK ƏMƏLİYYAT: 7 nəfər həbs edildi – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Daxili İşlər …