Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Gənc Qazilər İctima Birliyinin sədri Hacı Vəliyevin həbs qətimkan tədbirinin müddəti uzadılıb

Avqustun 18-də Xətai Rayon Məhkəməsində Gənc Qazilər İctimai Birliyinin sədri Hacı Vəliyevin məhkəmə prosesi keçirilib.

Məhkəmənin qərarı ilə Hacı Vəliyevin həbs müddəti daha 20 gün uzadılıb. 

Vəkili Fəxrəddin Mehdiyevin Meydan TV-yə verdiyi məlumata görə onlar məhkəmənin qərarına etiraz ediblər: 

“Səhhəti ilə bağlı problemləri var. Bakı İstintaq Təcridxanasında saxlanılır və orada müalicəsi çox mümkün deyil. Orada elə bir həkim yoxdur, müalicəsi də qeyri-mümkündür. Ona görə mən etiraz elədim, dedim ki, artıq onu azad etmək lazımdır. Başqa alternativ imkan tədbirləri seçilə bilər. Həbs zərurəti yoxdur. Məhkəmə razılaşmadı, prokurorun dediyinə uyğun qərar qəbul elədi. Bu gün mən apellyasiya şikayəti verdim. Yəqin ki, bu yaxınlarda təyin olunar”. 

Hacı Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub.

O, özünə qarşı irəli sürülən ittihamları qəbul etmir.

Vəliyev mediada və sosial mediada şəhid ailələrini, qaziləri, müharibə iştirakçılarının prolemlərini işıqlandırması və aidiyyəti üzrə məmurları tənqid etməsi ilə tanınır.

O, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən martın 31-də gecə saatlarında saxlanılıb. Martın 18-də isə Vəliyev polisin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan bir qrup qaziyə qarşı zorakılıq tətbiq etdiyini ictimailəşdirmişdi.

Həmin vaxt Vəliyev bildirmişdi ki, Yasamal Rayon Polis İdarəsinin rəis müavini polkovnik Anar Məmmədovun göstərişi ilə qazilərin Abbas Mirzə Şərifzadə 156 ünvanında yerləşən satış yerləri dağıdılıb, özləri isə polis bölməsinə aparılıb.“

Gənc Qazilər” İctimai Birliyi 2021-ci ildə “Qarabağ qaziləri” İctimai Birliyinin nəzdində yaradılıb.

Check Also

Kredit, intiharlar, “ölü pulu”, “nisyə həyat”: DSX hərbiçilərinin düşdüyü vəziyyət

Dövlət Sərhəd Xidmətində (DSX) xidmət edən hərbi qulluqçu Meydan TV-yə göndərdiyi məlumatda hərbi hissələrdə sistemli …