Bazar , 25 Oktyabr 2026
Drone Cameras

ABŞ Venesuelaya xəbərdarlıq edib

ABŞ prezidenti Donald Tramp açıq şəkildə bildirib ki, onun administrasiyası Venesueladan narkotik qaçaqmalçılığını dayandırmaq üçün bütün lazımi vasitələrdən istifadə etmək niyyətindədir.

Boyukmillet.com-un xəbərinə görə, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

“Venesuelaya gəlincə, prezident Tramp çox aydın və ardıcıl danışıb. O, ölkəmizə narkotik axınının qarşısını almaq və günahkarları məsuliyyətə cəlb etmək üçün ABŞ-ın ixtiyarında olan bütün vasitələrdən istifadə etməyə hazırdır”, – deyə o bildirib.

Check Also

Tramp: Müharibə bitdikdən sonra Rusiya və Ukrayna ilə ticarət əlaqələrini bərpa edəcəyik

Birləşmiş Ştatlar Ukrayna münaqişəsi nizamlandıqdan sonra Rusiya ilə ticarət-iqtisadi əməkdaşlığı bərpa etmək niyyətindədir. Boyukmillet.com xəbər …