Bazar , 4 Oktyabr 2026
Drone Cameras

ABŞ prezidenti dünyada müharibələrə son qoymağa çalışdığını bildirib

ABŞ prezidenti Donald Tramp bildirib ki, o, müharibələrə son qoymaq və Ukraynadakı münaqişənin həllinə nail olmaq istəyir.

Boyukmillet.com-un xəbərinə görə, o, bunu amerikalı jurnalist Mark Levinə müsahibəsində deyib.

“Bunu etməyi xoşlayıram. Mən müharibələri dayandırmağı xoşlayıram”, – Ağ Evin rəhbəri bildirib.

Ukraynadakı münaqişədən danışan Tramp vurğulayıb: “Aramızda bir okean var. Biz bu işə bu qədər qarışmalı deyildik. Müharibəni dayandıra bilsək, bu, əla olardı”.

Check Also

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi …