Çərşənbə , 3 İyul 2024
Drone Cameras

Gəncədə “Azərbaycan Xalq Cümhuriyyəti: 100 il” mövzusunda konfrans keçirilib

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun nümayəndə heyəti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə Gəncəyə səfər edib.

SalamNews xəbər verir ki, ilk olaraq qonaqlar “Azərbaycan Xalq Cumhuriyyəti” muzeyində oldular.

Burada onlara Xalq Cumhuriyyətinin Gəncə dövrundən və muzeydə olan eksponatlar, həmin dövrdə istifadə olunan pul vahidləri, poçt markaları, hərbi geyimlər, orden və mükafatlar, ADR qurucuları, onların həyat və siyasi fəaliyyətlərini əks etdirən məlumat və fotoşəkillər haqda məlumat verilib.

Daha sonra Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun nümayəndə heyyəti keçirdiyi tədbirə Azərbaycan Xalq Cumhuriyyətinin yaranması və fəaliyyəti haqda məlumat verilib.

Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni jurnalistlərə bildirib ki, Azərbaycan Xalq Cumhuriyyətinin keçdiyi şərəfli yolu bütün dünyaya aşılamaq bizim də üzərimizə düşən bir vəzifədi və biz bu vəzifəmizi laiqincə yerinə yetirəcəyik.

Check Also

Qardaşı: “Ələsgər Məmmədlinin səhhəti daha da pisləşib”

Nəsimi Məmmədli deyir ki, vəkil pis rəftarla bağlı Avropa Məhkəməsinə müraciət edib 1 saylı Bakı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir