Bazar , 27 Aprel 2025
Drone Cameras

General Hikmət Həsənovun minaya düşməsi ilə bağlı cinayət işi açılıb

Birinci Ordu Korpusunun sabiq komandanı general-mayor Hikmət Həsənovun minaya düşməsi ilə bağlı cinayət işi açılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”un eksklüziv sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

“General-mayor Hikmət Həsənovun 20.11.2020-ci il tarixdə işğaldan azad olunmuş Ağdam rayonuna daxil olarkən zirehli maşında minaya düşməsi nəticəsində xəsarət alması faktı ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29, 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır”, – Baş Prokurorluqdan bildirilib.

Bizim Facebook səhifəmizə abunə olun

Check Also

Naxçıvanda qadının öldürülərək su quyusuna atılması ilə bağlı daha bir şübhəli tutulub

Şərur rayon Oğlanqala kənd sakini Zeynəb İsmayılovanın aprelin 22-də öldürülərək su quyusuna atılması faktı ilə …