Bazar , 5 Aprel 2026
Drone Cameras

General plyonka ilə bağlı göstəriş verdi

Azərbaycan ərazisində avtonəqliyyat vasitələri sahiblərinə və sürücülərə ştorka və jalüz (görünüşü və şəffaflığı məhdudlaşdıran örtük) istifadə üçün verilmiş mövsümlük icazənin müddəti sabah başa çatsa da, sürücülər barəsində inzibati tənbeh görülməyəcək.

Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov göstəriş verib. Göstərişə əsasən, nəqliyyat vasitələrinin arxa və arxa yan şüşələrində plyonka və jalüzlərdən istifadə edilməsinə görə əlavə məlumat verilənədək sürücülər cərimələnməyəcək.

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …