Cümə , 18 Oktyabr 2024
Drone Cameras

Generalın bacısı oğlu ilə polkovnik haqda yeni iddia: “Ekologiya postu”nun keçmiş rəisinə yüksək vəzifə veriləcək?

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəis müavini, YPX Alayının komandiri, polis polkovniki Əhmədov Balakişi Əhməd oğlu vəzifəsindən azad olunub.

BOYUKMILLET.COM Qaynarinfo-ya istinadla xəbər verir ki, onun yerinə bir neçə ay əvvəl Sumqayıt Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinə rəis təyin olunanFuad Mayılovun təyin olunması gözlənilir.

F.Mayılovun yerinə isə Ramiz Zeynalovun bacısı oğlu, I tağım komandiri Vüqar Əsgərovun təyinat alacağı bildirilir.

Qeyd edək ki, Fuad Mayılov Suqayıta təyinat almazdan əvvəl uzun illər “Ekologiya postu”nun rəisi vəzifəsində çalışıb. Həmin vaxtı onun haqqında təkzib olunmayan xeyli qalmaqallı məlumatlar yayılıb.

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …