Cümə , 22 Noyabr 2024
Drone Cameras

GİZ və Ombudsman Aparatı regionlarda maarifləndirmə tədbirləri keçirib

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə “Cənubi Qafqazda Yerli İnkişaf üçün Yaxşı İdarəetmə” regional proqramı və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən carı ilin 02-04 noyabr tarxilərində Qubada, 10-12 noyabr tarixlərində Şəkidə, 16-18 noyabr tarixlərində Lənkəranda və 23-25 noyabr tarxilərində Gəncə şəhərində dövlət qurumları və vətəndaş cəmiyyəti institutları üçün ”Dövlət qurumlarında yaxşı idarəçiliyin təbliğində Ombudsmanın rolu və bu istiqamətdə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın gücləndirilməsi” mövzusunda təlimlər keçirilib.

Boyukmillet.com xəbər verir ki, dövlət qurumları və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyan təlimlərdə Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin müdiri Zaur Vəliməmmədli, Aparatın Mülki və siyasi hüquqların müdafiəsi sektorunun müdiri Rəşad Novruzov və İnformasiya əldə etmək hüququnun təmini sektorunun müdiri Aynur Həmidova təlimçi-ekspert qismində çıxış ediblər.

Dövlət qurumlarının yerli nümayəndəlikləri və vətəndaş cəmiyyəti institutlarının təmsil olunduğu təlimlərdə ekspertlər tərəfindən yaxşı idarəçiliyin xüsusiyyətləri və əhəmiyyəti, bununla bağlı beynəlxalq norma və prinsiplər, mübahisələrin alternativ həlli yolları, mediasiyanın tətbiqi, Ombudsmanın mandatı, Ombudsmana ünvanlanan şikayət və müraciətlərə baxılması qaydası, biznes və insan hüquqları və informasiya əldə etmək hüququnun müdafiəsi mövzularında təqdimatlar edilib.

İnteraktiv şəkildə keçən təlimlərdə dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin gücləndirilməsinin yaxşı idarəçiliyə müsbət təsiri və Ombudsmanın bu sahədəki rolunun əhəmiyyəti vurğulanıb.

Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Check Also

Türkiyə Qarabağda məktəb açmağı planlaşdırır

Türkiyə Maarif Vəqfi yaxın gələcəkdə Qarabağda da məktəb açmağı nəzərdə tutur. Boyukmillet.com xəbər verir ki, bu …