Bazar , 11 Yanvar 2026
Drone Cameras

Ermənistan silahlı bölmələri Laçında mühəndis işləri aparan traktoru atəşə tutub

Mayın 5-i saat 12:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində, şərti sərhəddə yerləşən üzbəüz mövqelərimizdə mühəndis işləri görən traktoru atəşə tutub.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Check Also

DSX-nin hərbi qulluqçusunun güllələnərək öldürüldüyü bildirilir

Dövlət Sərhəd Xidmətinin (DSX) Yardımlı rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edən hərbi qulluqçunun …