Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Goranboyda avtomobil qəzası olub, 4 nəfər xəsarət alıb 

Goranboyda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Boyukmillet.com xəbər verir ki, Goranboy şəhərinin çıxışında 2 avtomobilin toqquşması nəticəsində, 1990-cı il təvəllüdlü İ.Səfərov, 1993-cü il təvəllüdlü E.Quliyev, 1992-ci il təvəllüdlü E.Yaqubov və 1981-ci il təvəllüdlü E.Həsənəliyev xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlər onların vəziyyətini kafi və qənaətbəxş kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Bakı, Gəncə və Sumqayıtda BÖYÜK ƏMƏLİYYAT: 7 nəfər həbs edildi – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Daxili İşlər …