Cümə axşamı , 24 Aprel 2025
Drone Cameras

Goranboyda karantin rejimini pozan Qobustan sakinləri inzibati məsuliyyətə cəlb olundu

Xocalı rayon Polis Şöbəsinin əməkdaşları Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində xidmət apararkən Qobustan rayon sakinləri – Şahmirzə Balayev, Cahid Əliyev və Samir Rahmanovun yaşadıqları yeri xüsusi icazəyə malik olmadan tərk etdiklərini aşkarlayıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan məlumat verilib.

Məlumata görə, həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) protokol tərtib edilərək 200 manat məbləğində cərimə olunublar.

Check Also

“Rus Evi”-nin əsl sifəti ifşa olundu – Ukraynaya qarşı döyüşmək üçün muzdlular toplayırlar

Məlum olduğu kimi, Bakıdakı “Rus Evi” haqlı olaraq hökumət tərəfindən bağlanandan sonra Rusiya rəhbərliyi müxtəlif …