Bazar , 23 Fevral 2025
Drone Cameras

Güclü külək əsəcək, çovğun olacaq – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında yanvarın 8-dən başlayaraq 12-dək hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Boyukmillet.com xəbər verir ki, külək şimal-şərq küləyi 7-si axşamdan 10-u gündüzədək arabir güclənəcək. 8-i gündüzdən 10-u gündüzədək arabir çovğun olacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12° aşağı enərək, gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacaq.

Yanvarın 8-i axşamdan 12-dək yolların buz bağlayacağı ehtimalı var.

Azərbaycanın rayonlarında yanvarın 8-dən başlayaraq 12-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.

Şimal-şərq küləyi 7-si axşamdan 10-u gündüzədək arabir güclənəcək. Çovğun olacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12° aşağı enərək, gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlıq rayonlarda isə gecə 10-15° şaxta, gündüz 5-8° şaxta olacaq.

Yollar buz bağlacaq.

Check Also

Bakıda və Abşeronda müşahidə olunan temperatur iqlim normasından 7.5 dərəcə aşağıdır

Bakıda və Abşeron yarımadasında müşahidə olunan temperatur iqlim normasından 7.5 dərəcə aşağıdır. Boyukmillet.com xəbər veri …