Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Güclü külək əsəcək, qar yağacaq, temperatur 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında dekabrın 5-i səhərdən 6-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, dekabrın 6-sı axşamdan 7-si axşamadək arabir yağış yağacağı, 7-də yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında dekabrın 5-i axşamdan 6-sı gündüzədək əsasən şərq rayonlarında, 6-sı axşamdan 7-si axşamadək isə əksər rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Dekabrın 5-dən 6-sı səhərədək qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.

Check Also

Bakıda və Abşeronda müşahidə olunan temperatur iqlim normasından 7.5 dərəcə aşağıdır

Bakıda və Abşeron yarımadasında müşahidə olunan temperatur iqlim normasından 7.5 dərəcə aşağıdır. Boyukmillet.com xəbər veri …