Cümə , 5 İyul 2024
Drone Cameras

Güney Azərbaycan əhalisi Türkiyə və Azərbaycan kanallarına baxır – İran televiziyasının rəhbəri şikayətləndi

İran Radio və Televiziya Təşkilatının Şərqi Azərbaycan vilayətində yayımlanan “Səhənd” telekanalının rəhbəri peyk üzərindən yayımlanan Türkiyə televiziya kanalları ilə qeyri-bərabər bir rəqabətdə olduqlarını ifadə edib.

Turkustan.info “Amerikanın səsi”nə istinadən verdiyi xəbərə görə, Seyyid Mühsin Lətifi bu sözləri iyunun 10-da İran İslam Respublikasının rəsmi orqanı olan “İran” qəzeti ilə müsahibədə dilə gətirib.

Təbrizdə əhalinin 75 faizinin TürkSat üzərindən yayımlanan telekanalları izlədiyini bildirən Lətifi, həmçinin deyib: “Bizim türk dilində hazırladığımız teleseriallar da bir çox izləyicini cəlb edir, amma Türkiyə kanallarında olan davamlılıq, müxtəliflik və nüfuz qabiliyyəti bizdə yoxdur”.

O, Şərqi Azərbaycan vilayətinin “Səhənd” telekanalının üç fərqli cəbhədə rəqabətdə olduğunu önə çəkir:

“Ən başda, əhali ilə geniş şəkildə ortaq dil və mədəniyyətə sahib olan TürkSat peykinin kanalları var. Bu kanallar bizimlə müştərək olan mədəni ünsürlərdən çox istifadə edirlər. İkincisi, İranın mərkəzi televiziya kanallarıdır ki, büdcələri bizimki ilə müqayisə edilməz həddə yüksəkdir. Üçüncüsü isə, sosial şəbəkələrdir.”

Seyyid Mühsin Lətifinin bildirdiyinə görə, Səhənd kanalının tədqiqat mərkəzi Təbrizdə Türkiyə telekanallarına rəğbət ilə əlaqədar bir araşdırma aparıb.

Bu araşdırmaya görə, Təbriz əhalisinin 44 faizdən çoxu peyk antennalarından istifadə edir. Əhalinin 75 faizi isə TürkSat üzərindən yayımlanan Azərbaycan Respublikası və Türkiyə kanallarını izləyir.

İran qəzetinin müxbiri Türkiyə telekanallarının İranda sadəcə türklər deyil, qeyri-türklərə də geniş təsir göstərdiyini önə çəkib. Lətifi deyib ki, bu problemə qarşı mücadilə etmək üçün ölkə səviyyəsində milli iradə və media fəaliyyətinə ehtiyac vardır. İran qanunlarının vətəndaşların peyk antennalarından istifadə etməsini yasaqlamasına baxmayaraq, ölkənin bir çox bölgəsində, xususilə də Azərbaycan vilayətlərində əhali peyk vasitəsi ilə xarici televiziya kanallarına tamaşa edir.

Bəzi İran millətçiləri İran Azərbaycanında uşaqların peyk vasitəsi ilə Türkiyə kanallarının yayımladığı filmlərdən türk dilini öyrənməsini “ölkənin milli təhlükəsizliyinə qarşı təhdid” kimi dəyərləndirir və məsulların bununla bağlı ölçü götürməsini istəyirlər.  

Check Also

Qardaşı: “Ələsgər Məmmədlinin səhhəti daha da pisləşib”

Nəsimi Məmmədli deyir ki, vəkil pis rəftarla bağlı Avropa Məhkəməsinə müraciət edib 1 saylı Bakı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir