Bazar , 15 Mart 2026
Drone Cameras

Gürcüstan Azərbaycan məhsullarının idxalını azaldıb

Bu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycandan 241,7 mln. ABŞ dolları dəyərində məhsul idxal edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik müqayisədə qonşu ölkənin Azərbaycandan idxalı 9,4% azalıb.

Hesabat dövründə Azərbaycan Gürcüstanın ümumi idxalında 8,1% payla qonşu ölkənin Türkiyə, Rusiya və Çindən sonra dördüncü əsas idxal tərəfdaşı olub.

Check Also

Saakaşvili: Gürcüstanda azərbaycanlı gənclərin radikallaşması təhlükəlidir

Gürcüstanda azərbaycanlı gənclərin bir hissəsi İranın radikal təsirinə məruz qalır və bu vəziyyət etnik münaqişə …