Şənbə , 14 Mart 2026
Drone Cameras

Gürcüstan komandaları Azərbaycan çempionatına qoşuldu

Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların başlama vaxtı və keçiriləcəyi yer müəyyənləşib. 

Boyukmillet.com -un məlumatına görə, fevralın 18-dən həm Super Liqada, həm də Yüksək Liqada ardıcıl 4 gün qarşılaşmalar təşkil olunacaq.

Buna Gürcüstan komandalarının Bakıya gəlməsi səbəb olub. Bu gün paytaxta gələn qonşu ölkə təmsilçiləri sabahdan çempionatda mübarizəyə başlayacaqlar. Oyunlara iki arena – Dərnəgül Voleybol Mərkəzi və “Sərhədçi” Olimpiya İdman Mərkəzi ev sahibliyi edəcək.

Azərbaycan çempionatı Super Liqa, qadınlar

18 fevral 15:00. “Mübariz” – Gürcüstan Dərnəgül Voleybol Mərkəzi

19 fevral 15:00. “Azerreyl” – Gürcüstan Dərnəgül Voleybol Mərkəzi

20 fevral 15:00. UNEC – Gürcüstan Dərnəgül Voleybol Mərkəzi

21 fevral 15:00. “Abşeron” – Gürcüstan Dərnəgül Voleybol Mərkəzi

Azərbaycan çempionatı Yüksək Liqa, kişilər

18 fevral 

14:00 Express – MOİK Sərhədçi Olimpiya İdman Mərkəzi

16:00 Azərreyl – Neftçi Sərhədçi Olimpiya İdman Mərkəzi

17:00 Murov – Gürcüstan Dərnəgül Voleybol Mərkəzi 

19 fevral

17:00. “Xilasedici” – Gürcüstan Dərnəgül Voleybol Mərkəzi

20 fevral

17:00. “Neftçi” – Gürcüstan Dərnəgül Voleybol Mərkəzi

21 fevral

17:00. MOİK – Gürcüstan Dərnəgül Voleybol Mərkəzi

Check Also

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərova qarşı intizam tədbirləri görüb

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb. Bu barədə “Report”un …