Cümə , 22 Noyabr 2024
Drone Cameras

Gürcüstan Prezidenti qanunun ləğvini tələb edir

“Sözügedən qanun Gürcüstan Konstitusiyasının 78-ci maddəsinə ziddir”

Gürcüstan Prezidenti Salome Zurabişvili ilk dəfə olaraq Konstitusiya Məhkəməsinə xarici agentlər haqqında qanunun analoqu ilə bağlı iddia qaldırıb. Dövlət başçısı “Xarici təsirin şəffaflığı haqqında” qanunun fəaliyyətinin dayandırılmasını və onun qəti şəkildə ləğvini tələb edir.

Bunu Prezidentin parlament katibi Georgi Msxiladze deyib.

O, xarici agentlər haqqında qanunun konstitusiyaya zidd olduğunu vurğulayıb.

“İlk dəfədir ki, Gürcüstan Prezidenti Konstitusiya Məhkəməsinə iddia qaldırır. İddia “Xarici təsirin şəffaflığı haqqında” qanuna aiddir. Sözügedən qanun Gürcüstan Konstitusiyasının 78-ci maddəsinə ziddir.

İddia həm də Konstitusiya ilə təmin edilmiş fundamental hüquqları pozan bir sıra hüquqi müddəalara etiraz edir. Prezident bu iddia ilə sözügedən qanunun fəaliyyətinin dayandırılmasını və onun qəti şəkildə ləğvini tələb edir”.

Rusiyada “Xarici agentlər haqqında” qanunun analoqu – “Xarici təsirin şəffaflığı haqqında” qanun  2024-cü il iyunun 4-də Gürcüstan parlamentinin spikeri sənədi imzaladıqdan sonra qüvvəyə minib.

Qanuna əsasən, 60 gündən sonra (4-5 sentyabr) əhəmiyyətli xarici maliyyə vəsaiti olan bütün təşkilatlar xüsusi portalda qeydiyyatdan keçməlidirlər.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …