Bazar , 15 Noyabr 2026
Drone Cameras

Gürcüstanda 15 xarici vətəndaş deportasiya edilib

Gürcüstan DİN-in Miqrasiya Departamenti və nazirliyin müvafiq bölmələri tərəfindən kompleks tədbirlər çərçivəsində 15 xarici vətəndaş ölkədən çıxarılıb.

“Report”un Gürcüstan KİV-lərinə istinadən məlumatına görə, bu barədə DİN-in məlumatında deyilir.

Bunlar Türkiyə, Nigeriya, Türkmənistan, Çin, Hindistan, İordaniya, Misir, Rumıniya, Banqladeş, Livan, İran və Rusiya vətəndaşlarıdır.

“Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, ölkədən çıxarılan şəxslərin ölkəyə girişi qadağan edilib. Qeyri-qanuni miqrasiya ilə mübarizə aparan orqan Gürcüstan DİN-in Miqrasiya Departamentidir. Onun səlahiyyətlərindən biri Gürcüstanda qanunsuz əsaslarla olan xarici vətəndaşların aşkarlanmasıdır”, – məlumatda deyilir.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …