Gürcüstanın Marneuli rayonunda ötən gecə küçədə 21 yaşlı Qəhrəman Muradovun meyiti aşkarlanıb.
Boyukmillet.com “Report”a istinadən xəbər verir ki, bu barədə yerli “Pirveli” telekanalı məlumat yayıb.
Bildirilib ki, gəncin yaxınları onun qətlə yetirildiyini iddia edirlər.
Q.Muradovu sonuncu dəfə görən babası bildirib ki, nəvəsi gecə saat üç radələrində telefon zəngindən sonra evdən çıxıb və bundan sonra gənclə əlaqə itib.
İkin ehtimallara əsasən, Q.Muradov özünü körpüdən ataraq intihar edib. Bu versiyanı qəbul etməyən babası nəvəsinin öldürüldüyünü iddia edib.
Faktla bağlı ölüm həddinə çatdırma maddəsi üzrə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.