Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə etiraz aksiyası keçirilib

Gürcüstanın Saqareco rayonunun azərbaycanlılar və gürcülərin birgə yaşadığı Qambori kəndinin sakinləri etiraz aksiyası keçiriblər.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, sakinlər kənddə içməli su probleminin həll olunmasını tələb ediblər.

Kəndin mərkəzi avtomobil yolunu bağlayan sakinlər 15 ildir susuzluqdan əziyyət çəkdiklərini bildiriblər. Onların sözlərinə görə, problemlə bağlı Saqareco bələdiyyəsinə dəfələrlə müraciət olunsa da, məsələ həll olunmamış qalıb.

Polisin müdaxiləsindən sonra etirazçıların bağladığı yolda hərəkət qismən bərpa olunub.

Qambori sakinləri Saqareco bələdiyyəsinin rəhbər şəxsləri ilə görüş tələb edirlər.

Check Also

Deputat Səyyad Aranın nəvəsinin lüks avtomobili – Chevrolet Camaro – Nömrəsi daha bahadır – FOTO

Milli Məclisin deputatı Səyyad Aranın 25 yaşlı nəvəsinin idarə etdiyi lüks avtomobil sosial şəbəkələrdə geniş …